İcra hakimiyyətinin binasına cırıq bayraq asılıb - VİDEO

Bakı Şəhər İcra Hakimiyyətinin İstiqlaliyyət küçəsi, 4 ünvanında yerləşən inzibati binasında asılan bayraq cırılıb. Avtosfer.az xəbər verir ki, Baku.ws yaydığı videoda dövlət bayrağının cırıldığı açıq-aydın görünür. İcra Hakimiyyətinin Bakının mərkəzində yerləşən binası arxitektur dizaynı ilə turistlərin də marağını çəkir. Xarici qonaqların tez-tez bu binanın fotosunu çəkdiyinin şahidi oluruq. Bakı Şəhər İcra Hakimiyyətinin binasında cırıq bayrağın dalğalanması heç də yaxşı mənzərə deyil.
***
Bakı şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri Nailə Məmmədova məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verib. O qeyd edib ki, bu təbii haldır: “Külək əsən zaman bu cür hallar baş verir. Külək dayanandan sonra bayraq yenisi ilə əvəzlənir. Məsələni reytinq naminə ictimailəşdirməyə, hadisəni şişirtməyə ehtiyac yoxdur”.
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”










