İcra hakimiyyətinin sürücüsü bıçaqlandı - Qaynanası tərəfindən

Paytaxtın Sabunçu rayonunda “Südçülük Sovxozu” kimi tanınan ərazidə bıçaqlanma hadisəsi qeydə alınıb. Həmin qəsəbədə yaşayan 41 yaşlı Hüseynov Telman Telman oğlu ikinci həyat yoldaşının anası ilə ailə-məişət zəminində mübahisə edib.
Avtosfer.az xəbər verir ki, bu barədə zərərçəkmişin salamnews-a verdiyi məlumata görə, qaynanası mütəmadi olaraq onun ailə işlərinə qarışıb. Bu da T.Hüseynovu hövsələdən çıxarıb. Hadisə baş verən gün isə işdən evə yorğun qayıtmış T.Hüseynov eyni vəziyyətlə üzləşib və qaynanasından evini tərk etməyi tələb edib. Ancaq əvəzində Tüzəngə adlı qaynanası ona iki bıçaq xəsarəti yetirib. Qarnının ön divarının kəsilmiş- deşilmiş yarası xəsarəti ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilən Telman Hüseynovun vəziyyəti stabildir.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsin 12-ci polis bölməsində təhqiqat araşdırmalarına başlanılıb. Hadisəni törətmiş qadın dindirilib, müvafiq ekspertizalar təyin edilib.
Qeyd edək ki, Telman Hüseynov Bakı Şəhər İcra Hakimiyyətində sürücü vəzifəsində çalışır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












