İctimai nəqliyyatda cibgirliklə məşğul olanlar yaxalandı - FOTO

Daxili işlər orqanları oğurluq cinayətlərinin qarşısının alınması və açılması istiqamətində bir neçə əməliyyat-axtarış tədbirləri həyata keçirib.
Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən paytaxt ərazisində ictimai nəqliyyatda, insanların sıx olduğu yerlərdə cibgirlikdə məşğul olan iki nəfərdən ibarət cinayətkar dəstə zərərsizləşdirilib. Keçirilən tədbir zamanı Sumqayıt şəhər sakinləri əvvəllər dəfələrlə məhkum olunmuş – Çingiz Abbasov və Nadir Mirzəyev saxlanılıb. Saxlanılan şəxslərin paytaxt ərazisində ümumilikdə 4 nəfərin pul və qiymətli əşyalarını cibgirlik yolu ilə oğurladıqları sübuta yetirilib
Faktlarla bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Polis əməkdaşları saxlanılan şəxslərin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir. Bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nəsimi RPİ-nə müraciət edə bilərlər.
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT










