İctimai nəqliyyatda subsidiya modeli tətbiq oluna bilər? – AÇIQLAMA

İctimai nəqliyyat xidmətinin keyfiyyətinin artırılması üçün daşıyıcı şirkətlərə dövlət dəstəyinin göstərilməsi və bunun müqabilində onlardan daha yüksək xidmət standartlarının tələb olunması vacib hesab edilir.
Avtosfer.az xəbər verir ki, bu fikirləri nəqliyyat eksperti Eldəniz Cəfərov “İctimati TV”nin efirində səsləndirib.
Onun sözlərinə görə, bir çox ölkələrdə dövlət sərnişindaşıma şirkətlərini subsidiya, güzəştli maliyyələşdirmə və digər mexanizmlərlə dəstəkləyir, əvəzində isə təhlükəsiz, rahat və keyfiyyətli xidmət göstərilməsini tələb edir.
Belə yanaşma Azərbaycanda da ictimai nəqliyyatın yenilənməsinə müsbət təsir göstərə bilər:
"Dövlət daşıyıcı şirkətləri subsidiya ilə dəstəkləyir, texniki və maliyyə imkanlarının gücləndirilməsinə kömək edir. Bunun müqabilində isə daşıyıcı şirkətlərdən təhlükəsiz, rahat və keyfiyyətli xidmət göstərilməsi tələb olunur. Bu model həm sərnişinlərin maraqlarına xidmət edir, həm də daşıyıcıların məsuliyyətini artırır. Dövlət dəstəyi daşıyıcı şirkətlər üçün əlavə stimul rolunu oynayacaq.
Bu, özlüyündə daşıyıcı şirkətləri həvəsləndirəcək və stimullaşdıracaq. Nəticədə onlar marşrutlarda istismar müddətini başa vurmuş köhnə avtobusları yeniləri ilə əvəz etməyə maraq göstərəcəklər. Beləliklə, sərnişinlər daha müasir, təhlükəsiz və komfortlu avtobuslarla xidmət alacaqlar."
Ekspertin sözlərinə görə, dövlətin dəstəyi hesabına daşıyıcı şirkətlər yeni avtobusların alınması zamanı ilkin maliyyə yükünü də azalda bilərlər:
"Daşıyıcının iştirakı ilə yeni avtobusun dəyərinin müəyyən hissəsini, məsələn, 10 faizini ödəməklə qalan məbləğin güzəştli maliyyələşdirmə mexanizmləri vasitəsilə qarşılanması mümkündür. Bu da parkın yenilənməsini sürətləndirə və ictimai nəqliyyatın keyfiyyətinin yüksəlməsinə töhfə verə bilər."
Eltac Zülfüqaroğlu
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA












