"İdeal-İ İnşaat" MTK 60 mənzili 90 nəfərə satdı - VİDEO

Daha bir mənzil tikintisi şirkətinin dələduzluğu ilə bağlı redaksiyamıza müraciət daxil olub. Avtosfer.az xəbər verir ki, şikayətçilər “qafqazinfo”ya bildiriblər ki, "İdeal-İ İnşaat" MTK 60 mənzili 90 nəfərə satıb. Bu səbəbdən də 5 ildən çoxdur ki, mənzil sahiblərinə açarları təhvil vermək istəmir. Nəsimi rayonu, 28 May küçəsi, 717-ci məhəllənin Dilarə Əliyeva küçəsinə çıxan ərazidə inşa olunan binadan ev almaq istəyən vətəndaşlar 180 - 250 min manat arasında ödəniş edib. Binanın inşasına 2007-ci ildə başlanılıb və 2012-ci ildə tikinti yekunlaşıb. Ancaq tikinti yekunlaşsa da, mənzillər öz sahiblərinə təhvil verilməyib. Mənzil sahibi Qvami Abbasov pulu birbaşa şirkət rəhbərliyinə ödəyini söyləyir: “Şirkətin təsisçisi İsa Məmmədov və direktoru isə yaxın qohumu Çingiz Məmmədovdur. Son 2 ayda, ümumiyyətlə, biz bu insanlarla görüşə bilmirik. 60 mənzil 90 nəfərə satılıb. Şirkətdən mənzil sahiblərinin siyahısını tələb edirik, məhz bu səbəbdən verilmir. 2005-ci ilin mart ayında "Alyans Z" MTK ilə "İdeal V" tikinti şirkəti arasında müştərək fəaliyyətə dair müqavilə imzalanıb. Lakin sonradan "Alyans Z" MTK ilə "İdeal V" şirkəti arasında mübahisə yaranıb”. “Qafqazinfo” şikayət əsasında "İdeal-İ İnşaat" MTK ofisində olub. Bildiriblər ki, onların "İdeal V" şirkəti ilə hər hansı bir əlaqəsi yoxdur.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












