II Nügədi-Rustov avtomobil yolunun təmirinə başlanılıb - VİDEO

"Azəravtoyol" ASC Quba rayonundakı II Nügədi-Rustov avtomobil yolunun əsaslı təmirinə başlayıb. Avtosfer.az ASC-yə istinadən xəbər verir ki, yolun uzunluğu 8 km, hərəkət hissəsinin eni isə 7 m.-dir. Təmir-tikinti işləri çərçivəsində yol boyu zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılır. Bundan başqa, yolun köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq kənara daşınır. Yolun hərəkət hissəsi hazır olan yerlərə yeni 2 qat olmaqla asfalt-beton örtüyünün döşənməsi işləri də aparılır. Ümumilikdə yolun 50 min m2-dən çox sahəsinin asfaltlanması nəzərdə tutulub.
Aparılan işlər zamanı Rustov kəndinin girişində, Caqacuq çayı üzərində yerləşən və 110 metr uzunluğa malik avtomobil körpüsünün də əsaslı şəkildə təmiri nəzərdə tutulub. Təmir işləri zamanı körpüyə beton məhəccərlər quraşdırılacaq, piyada səkisi ilə yolun hərəkət hissəsini ayırmaq məqsədi ilə xüsusi beton bordyurlar quraşdırılacaq, körpüdə əlavə bərkitmə işləri görüləcək və üstü asfaltlanacaq. "Bütün işlər texnloji ardıcıllığa riayət edilməklə “Azəravtoyol” rəhbərliyinin nəzarəti altında həyata keçirilir və qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Təmir-tikinti işləri bitdikdən sonra zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolun üfiqi nişanlanması xətləri çəkiləcək. Yolun təmiri ilə 5 yaşayış məntəqəsinin (II Nügədi, Püstəqasım, Dəhnə, Güneyməhlə və Rustov kəndləri) təqribən 12 min əhalisinin gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşıması asanlaşacaq", - məlumatda qeyd edilib.
Emin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
















