İki avtobus marşrutunun hərəkət istiqaməti dəyişdirilib - Bakıda

Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən 29 və 53 nömrəli müntəzəm şəhərdaxili marşrut xətlərinin hərəkət istiqamətində dəyişiklik edilib. Bakı Nəqliyyat Agentliyindən (BNA) Avtosfer.az-a daxil olan məlumata görə, artıq 29 saylı marşrut üzrə hərəkər edən avtobuslar "Memar Əcəmi" metro stansiyası və III mikrorayon dairəsi yaxınlığındakı dayanacaqlardan keçməyəcək.
53 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslar isə Dövlət Bayrağı Meydanından "Elmlər Akademiyası" metro stansiyasınadək hərəkət edəcək. Bu marşrut üzrə avtobusların əvvəllər olduğu kimi Şərifzadə küçəsindən keçməklə, Alatava yaşayış sahəsinə gediş-gəlişi BNA tərəfindən qadağan edilib.
Qeyd edək ki, davam etməkdə olan optimallaşdırma prosesində beynəlxalq təcrübəyə əsaslanaraq müntəzəm sərnişindaşıma sahəsində xidmət səviyyəsini artıran, nağdsız ödəniş sisteminə qoşulan daşıyıcılara xüsusi önəm veriləcək. Daşıyıcıların nağdsız ödəniş sisteminə qoşulması işləri isə davam edir. BNA-nın müvafiq tələbinə uyğun olaraq yaxın vaxtlarda 88 saylı marşrut xətti üzrə də gediş haqqının ödənilməsi “Bakı Kart” vasitəsi ilə həyata keçiriləcək. Hazırda marşrut xəttinin müvəqqəti istismara verildiyi daşıyıcı şirkət nağdsız ödəniş sisteminə keçidlə əlaqədar zəruri texniki işləri yekunlaşdırmaq üzrədir.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










