İki ay əvvəl də maşın qaçırmışdı, saxlanıldı…

Dekabrın 15-nə keçən gecə paytaxtın Nizami rayonundakı Ş.Mirzəyev küçəsindən Bakı şəhər sakini Anar Abdullayevə məxsus “VAZ-21074” markalı avtomobilin qaçırılması barədə Nizami RPİ-nin 25-ci Polis Bölməsinə müraciət daxil olub. Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə avtomobil həmin gün polis əməkdaşları tərəfindən Hövsan qəsəbəsi ərazisində tapılıb. Davam etdirilən tədbirlərlə avtomobili qaçırmaqda şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Polis Bölməsində aparılan araşdırmalarla onun Bakı şəhər sakini Amin Ramazanov olması, həmçinin digər analoji cinayəti də müəyyən edilib. Belə ki, onun oktyabrın 3-də rayon ərazisində paytaxt sakini Zahir Mirzəyevə məxsus “VAZ-2106” markalı avtomobili qaçırdığı da müəyyən edilib. Avtomobil həmin vaxt akkumulyatoru, maqnitofonu və səsgücləndiricisi oğurlanmış vəziyyətdə tapılmışdı.
Natiq Cavadov,
DİN Mətbuat Xidmətinin əməkdaşı
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












