İki dövlət qurumu üz-üzə gəldi - Məşhur küçədə nə baş verir?

Paytaxtın Nərimanov və Nəsimi rayonlarının kəsişməsində, Məmməd Araz küçəsi 61 ünvanında magistral su kəmərlərinin sıradan çıxması ilə əlaqədar təmir işləri aparılıb. Amma təmir işlərindən sonra qazılan ərazi bərpa edilmədiyi üçün sakinlərin narazılığına səbəb olub. Dünən axşam saatlarından etibarən bu küçədə nəqliyyat vasitələri hərəkətində ciddi sıxlıq müşahidə edilib. Məsələ ilə bağlı açıqlama verən "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, dünən axşam saatlarında ərazidə 500 mm-lik magistral kəmərdə qəza baş verib. Qəza ilə əlaqədar Nərimanov və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində fasilə yaranıb. "Bakı Sukanal və Nərimanov Sukanal idarələrinin əməkdaşları problemi aradan qaldırıblar. "Azərsu" öz üzərinə düşən işi görüb, magistral kəmər təmir edilib. Yolun təmirini "Azəravtoyol" həyata keçirəcək" — Cəbrayıllı qeyd edib.
"Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yolu qazan qurum da təmir etməlidir: "O ərazidə tez-tez belə qəzalar baş verir. Amma qeyd etməliyəm ki, yolu qazan da bərpa etməlidir. Əgər bunu edə bilmirsə, bizimlə müqavilə imzalayır və bərpanı biz edirik".
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”










