İki əsgər yoldaşını xilas etdi, özü şəhid oldu

Cəbhə xəttində gedən döyüşlərdə şəhid olan əsgər, 1993-cü il təvəllüdlü Quliyev Mahir Qədir oğlu bu gün Bakının Yasamal rayonunda dəfn edilib. APA TV-nin məlumatına görə, şəhidin qohumu Anar Tahirov bildirib ki, Azərbaycan Texniki Universitetinin məzunu olan M.Quliyev ailənin ilk övladıdır: "Aprelin 2-də Seysulan kəndinin düşməndən azad olunması istiqamətində gedən döyüşlərdə qəhrəmancasına iştirak edib. Düşmənin bir tankını və canlı qüvvəsini məhv etdikdən sonra iki əsgər yoldaşının həyatını qurtarıb, onlar hazırda hospitalda müalicə alırlar. Yaralı dostlarının dediyinə görə, Mahir onları çıxardıqdan sonra yenidən geriyə dönüb".
Dəfn mərasimində şəhid əsgərin dəfn mərasimində xidmət etdiyi hərbi hissənin zabit və əsgərləri, rayonun icra strukturlarının, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Yaylım atəşindən sonra şəhidin nəşi torpağa tapşırılıb.
Cənazəsinə bükülmüş Azərbaycanın üçrəngli bayrağı atasına təqdim edilib.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












