İki gəmi-bərənin ilk polad lövhələrinin kəsimi həyata keçirildi - Bakıda

Bu gün Bakı Gəmiqayırma Zavodunda "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sifariş verdiyi "Ro-Pax" tipli 2 gəmi-bərənin ilk polad lövhələrinin kəsimi həyata keçirilib. Avtosfer.az xəbər verir ki, tədbirdə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev bildirib ki, yeni gəmi-bərələr yaxın vaxtlarda istismara veriləcək Bakı-Tbilisi-Qars dəmir yolu layihəsindən sonra Azərbaycan üzərindən yükdaşımaların artmasında mühüm rol oynayacaq. Qeyd edək ki, "Ro-Pax" tipli gəmi-bərələrin tikintisinə dair müqavilə 2016-cı il oktyabrın 26-da imzalanıb. Gəmi-bərələrin suya salınması 2018-ci ildə, dəniz sınaq işlərinin tamamlanması isə müvafiq olaraq 2018 və 2019-cu illərdə, təhvil verilməsi müvafiq olaraq 2018-ci il noyabrın 5-də və 2019-cu il mayın 3-də nəzərdə tutulub. Gəmilər 56 sistern, 46 yarımvaqon, 44 yük vaqonu, 50 yük maşını (TİR) və 100 sərnişin olmaqla, yükgötürmə qabiliyyətinə malikdir.
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ












