İki gün sonra dondurucu və uzun qış gəlir - XƏBƏRDARLIQ

Sibirin qışı bütün dünyanı “vuracaq”. Amerikadan olan iqlim üzrə mütəxəssis Judah Cohenin 17 illik araşdırmasına görə, Sibirə nə qədər çox qar yağarsa, dünyaya qış bir o qədər tez gəlir. Bu isə o deməkdir ki, bu il Quzey Amerika, Avropa və Asiyanı dəhşətli soyuqlar gözləyir. Mütəxəssisin sözlərinə görə, bu qış olduqca uzun və soyuq keçəcək.
Avtosfer.az cebhe.info-ya istinadən xəbər verir ki, Massaçusets Texniki Universitetinin mütəxəssisinin araşdırmalarına görə, Sibirə yağan qarın miqdarı ilə dünya ölkələrindəki hava şəraiti arasında birbaşa əlaqə var: “Normalda soyuq havalar fevraldan başlamalı olduğu halda bu il dekabrdan başlayacaq. Dondurucu soyuqlar Şimali Amerika, Avropa və Asiyada özünü göstərəcək. Qlobal istiləşmə Şimal Buzlu Okeanında buzları əridir. Bu ərimə atmosferə daha çox nəm salır. Bu nəm üzündən Sibirə daha çox qar yağır. Sibirin qar örtüyü Günəş şüalarının göy üzünə daha çox əks olunduğu anlamına gəlir. Bu əks olunma qütblərdəki soyuq havanı tutan "Polar vortex", yəni qütb qapıları adlı iqlim sisteminin soyuq havanı sərbəst bıraxmasına səbəb olur. Bu, sanki dərin dondurucunun qapılarının açılması kimi bir soyuq deməkdir. Dünyaya bu qədər soyuq hava göndərilir”.
Qeyd edək ki, ötən günlərdə Sibirə basketbol topu böyüklüyündə qartoplarının yağdığına dair məlumatlar yayılmışdı.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












