İki nəfərin ölümünə səbəb olan sürücüyə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Emin Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, E. Əhmədov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə Gəndab-Yalama yolunun 3-cü kilometrliyində qeydə alınıb. Xaçmaz rayon istiqamətində hərəkətdə olan Sumqayıt şəhər sakini, 28 yaşlı Emin Əhmədovun idarə etdiyi 99 XP 311 dövlət nömrə nişanlı yük maşını qarşıdan gələn Xaçmaz rayon Nərəcan kənd sakini, 53 yaşlı Ramazan Hüseynovun idarə etdiyi 27 BN 614 dövlət nömrə nişanlı, “Ford Transit” markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində yük maşınının sürücüsü xəsarət almasa da, digər avtomobildə olan sürücü Ramazan Hüseynov və sərnişin Ağarıza Bədəlov hadisə yerində ölüblər.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










