İki qadını vurub öldürən sürücünün məhkəməsi başlayıb - Sumqayıtda

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində avtomobillə iki nəfər piyadanı vurub öldürməkdə təqsirləndirilən Orxan Həziyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası yanvarın 30-na təyin edilib. Qeyd edək ki, hadisə ötən il oktyabrın 8-də saat 20 radələrində Sumqayıt şəhəri ərazisində baş verib. Həmin ərazidə Qubadlı rayon sakini O.Həziyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Yardımlı rayon sakini - Xalidə Rzayevanı və Zəngilan rayon sakini Sahibə Səfərlini vurub. Piyadalar hadisə yerində ölüblər. Daha sonra Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) əməkdaşları tərəfindən saxlanılan O.Həziyevin barəsində məhkəmə qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












