İki uşağı ilə özünü qatarın altına atmış qadının əri şokdadır

Avtosfer.az xəbər verir ki, Zəyəm qəsəbəsi sakinlərindən biri virtualaz.org saytına bildirib ki, hadisə ailə münaqişəsi nəticəsində baş verib. “Hazırda bütün qəsəbə şokdadır, qadının həyat yoldaşı, 28 yaşlı Nəsrəddin Mahmudov da şokdan ayrıla bilmir. Ailənin maddi imkanı yaxşı olub. Hətta qəsəbədə imkanı olan beş ailədən biri idi”, - sakinlər deyiblər.
Qadın evdən ayrılarkən atasıgilə gedəcəyini deyib. “Pərvanənin valideynləri də bu qəsəbədə yaşayırlar. Dünən ailəsi morqda idi, onlar da nə baş verdiyini anlaya bilmirdilər. Qadının psixoloji durumu normal olub, adi söz-söhbətdən intihar etməsinə heç kim inana bilmir”.
Mərhumun həyat yoldaşı şəxsi maşını – “KamAZ”la yük daşıyıb. “Qəsəbədə onu zəhmətkeş, sakit təbiətli biri kimi tanıyırlar. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşalrı qəsəbədədir, izahatlar alınır”.
Qeyd edək ki, Pərvanə İlqar qızı Mahmudova uşaqları – 3 yaşlı Sənan və 1 yaşlı Səma ilə özünü Bakı-Qazax qatarının altına atıb. Ana və iki övladı hadisə yerində ölüblər.
Mərhumun ailəsi ilə birgə ərinin bibisi Dursun Mahmudovaya məxsus evdə yaşadığı bildirilib. “Hadisədən əvvəl onun Dursun Mahmudova ilə mübahisə etdiyi deyilir. Hazırda şahidlər ifadə verir, buna görə də, əlavə məlumat verməkdən çəkinirik”, - sakin deyib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












