İkinci dairəvi avtomobil yolunun tikintisi planlaşdırılır - Bakıda

Bakıda ikinci dairəvi avtomobil yolunun tikintisi planlaşdırılır. Avtosfer.az xəbər verir ki, bu Bakı ərazisinin zonalaşdırılması və istifadəsi planında nəzərdə tutulub.
Yeni dairəvi yol Bakı-Sumqayıt yolu ilə birləşdiriləcək.
Plana əsasən, yolun tikintisi şəhərin şimal zonası ərazisində planlaşdırılır. Bu layihənin mərkəzi Maştağa qəsəbəsi olacaq. İnkişaf planına uyğun olaraq, Maştağada “Sakit şəhər” (Slow city) konsepsiyasının reallaşdırılması nəzərdə tutulur.
Bundan başqa, Maştağa qəsəbəsində kənd bazarının yaradılması təklif olunur.
Qeyd edək ki, Bakının zonalaşdırılması Planına əsasən, Bakı və Abşeron 9 zonaya bölünəcək. Plan ümumi sahəsi 248 min hektar olan ərazini əhatə edir.
Ümumilikdə, 2035-ci ilədək Planın icra olunması dəyəri 283,97 milyard manat həcmində ölçülür.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












