İkinci "Mavi Mərmərə" hadisəsi baş verə bilər

Fələstinli qadın millət vəkilləri İspaniyadan Qəzza zolağına getmək məqsədi ilə hərəkət edən və sadəcə qadınlardan ibarət "Zaytouna" və "Amal" ("Zeytun" və "Ümid") adlı gəmilərə beynəlxalq mühafizə və dəstək üçün çağırış ediblər. Avtosfer.az xəbər verir ki, bu barədə Anadolu Agentliyinə istinadən xəbər verir. HƏMAS hərəkatına mənsub bir qrup millət vəkilinin yayımladığı ortaq açıqlamada bildirilib ki, Qəzza blokadasını yarmaq məqsədilə yola çıxan, 4-cü Azadlıq karvanına məxsus iki gəmiyə beynəlxalq mühafizə təmin edilməli və həm media sahəsində, həm də hüquq çərçivəsində dəstək olunmalıdır. "İsrail bütün beynəlxalq qanun və normalara zidd rəftar edir və insanların hüquqlarını tapdalayır", — deyə bəyanatda qeyd olunur. Xatırladaq ki, sentyabrın 23-də İspaniyadan yola düşən və içərisində qadınların olduğu "Zeytun" adlı gəmi artıq Qəzzadan öncəki son dayanacaq olan İtaliyanın Sicilya adasındakı Mesinna şəhərinə çatıb. Gəmilərin oktyabr ayının ilk həftəsində Qəzzaya çatacağı gözlənilir. Hələlik İsrail hökuməti məsələyə reaksiya verməyib.
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA












