İkitərəfli əməkdaşlıq genişləndirilir

“Azərbaycan Dəmir Yolları” QSC-də Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Marek Tsalka, eləcə də səfirin müşaviri Andjey Yankovski ilə görüş keçirilib. QSC-dən Avtosfer.az-a verilən məlumata görə, səmimi dostluq şəraitində keçən ikitərəfli görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edərək dəmir yolunda həyata keçirilən islahatlar, ölkənin tranzit potensialının artırılmasında mühüm rol oynayacaq Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Şərq-Qərb, Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin icra vəziyyəti və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib.
Sonra qarşılıqlı əməkdaşlığın genişləndirilməsi istiqamətində qarşıda duran vəzifələr müzakirə olunub. “Azərbaycan Dəmir Yolları” QSC-də Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Marek Tsalka çıxış edərək beynəlxalq və regional layihələrin reallaşması prosesində Azərbaycan tərəfinin gördüyü işləri, həmçinin dəmir yolunda həyata keçirilən islahatları yüksək qiymətləndirib.
Görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.
Emin
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












