İlham Əliyev Berlində “Airbus Group” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 6-da Berlində “Airbus Group” şirkətinin icraçı vitse-prezidenti Jan Pier Talamoni ilə görüşüb. Avtosfer.az xəbər verir ki, görüşdə Azərbaycan ilə “Airbus Group” şirkəti arasında səmərəli əməkdaşlığın olduğu bildirilib. Müxtəlif sahələrdə, xüsusilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə “Airbus Group” arasında, o cümlədən kosmik sənaye sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Dövlət başçısının həmçinin iyunun 6-da Berlində Alman-Azərbaycan Forumunun idarə heyətinin sədri Hans-Eberhard Şlayer və qurumun üzvləri ilə də görüşü olub. Görüşdə Azərbaycan ilə Almaniya arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub, əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev Alman-Azərbaycan Forumunun idarə həyətinin üzvlərini aprelin əvvəlində Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağda cəbhə xəttində törətdiyi təxribatlar barədə məlumatlandırıb. Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparılıb.
Dövlət başçısı danışıqların vəziyyəti ilə bağlı Alman-Azərbaycan Forumunun idarə heyətinin üzvlərinə məlumat verib.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












