İlham Əliyev tapşırdı, nazir Alxanlıya getdi - FOTO

Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən cəbhə xəttində yerləşən birləşmə və hərbi hissələrin döyüşə hazırlıq səviyyəsi yoxlanılıb. Avtosfer.az-ın Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumatına görə, qəfil yoxlama zamanı döyüş tətbiqi üzrə qoşunlara verilən qərarlar dəqiqləşdirilib, bütün qoşun növləri və qisimlərinin qarşılıqlı əlaqədə fəailiyyət məsələləri bir daha öyrənilib. Müdafiənin ön xəttində yerləşən hərbi hissələrdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov şəxsi heyət, döyüş texnikaları və digər hərbi vasitələrin hazırlığı və tətbiqi məsələləri ilə maraqlanıb.
Silahlı Qüvvələrin Ali Baş Komandanının tapşırığına əsasən Müdafiə Nazirliyinin rəhbərliyi Ermənistan silahlı qüvvələri tərəfindən iyulun 4-də Füzuli rayonu Alxanlı kəndinin atəşə tutulması nəticəsində mülki şəxslərin həlak olduğu yerə baxış keçirərək mərhumların yaxınlarına başsağlığı verib. Sakinlərlə görüşdə mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində əlavə tədbirlərin görüldüyü də diqqətə çatdırılıb.
Elmin


.jpeg)
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












