İlham Əliyev xanımı ilə cəbhə bölgəsində - FOTOLAR

Mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Bərdə və Ağdam rayonlarında olublar. Dövlət başçısı əvvəlcə Tərtər rayonundakı “N” saylı hərbi hissəyə gəlib. Müdafiə naziri Zakir Həsənov təmas xəttindəki son vəziyyət barədə Ali Baş Komandan İlham Əliyevə məlumat verib. Prezident İlham Əliyev hərbi hissənin qərargahı, yeməkxanası və kazarması ilə tanış olub. Ali Baş Komandan hərbçilərlə görüşüb, təmas xəttində Ermənistan ordusunun törətdiyi təxribatların qarşısını alarkən şücaət göstərmiş döyüşçülərə hədiyyələr təqdim edib.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 27-dən 28-nə keçən gecə işğalçı Ermənistan ordusu tərəfindən iriçaplı silahlar və artilleriya qurğularından açılmış atəş nəticəsində Tərtər şəhərində, təmas xəttinin 200 metrliyində yerləşən Qapanlı kəndində, həmçinin Ağdam rayonunun Mahrızlı kəndində olub, dağılmış evlərə baxıb, yerli sakinlərlə görüşüb söhbət ediblər.
Dövlət başçısı həmin evlərin tezliklə bərpa olunması ilə bağlı müvafiq tapşırıqlarını verib.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva erməni silahlı qüvvələrinin açdığı atəş nəticəsində yaralanaraq Bərdə Müalicə-Diaqnostika Mərkəzində müalicə olunan mülki vətəndaşlara baş çəkib, onların tezliklə sağalmalarını arzu ediblər.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF

































