"İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətli inkişaf yolu keçir" - Mirziyoyev

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan, xüsusilə Qarabağ torpaqlarında sürətli və genişmiqyaslı inkişaf yolu keçir.
Avtosfer.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində Liderlər sessiyasında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bildirib.
“Qlobal inkişafın ən aktual məsələlərinin müzakirə olunduğu nüfuzlu platforma olan Ümumdünya Şəhər Forumunun 13-cü sessiyasında sizi salamlayıram və burada olmaqdan böyük məmnunluq duyuram. Bu gün Xəzərin incisi olan gözəl Bakı şəhərində keçirilən konfransın yüksək səviyyədə təşkilinə və bizə göstərilən səmimi qonaqpərvərliyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına dərin minnətdarlığımı bildirirəm. Zati-aliləri, sizin rəhbərliyinizlə Azərbaycan, xüsusilə Qarabağ torpaqlarında sürətli və genişmiqyaslı inkişaf yolu keçir. Qısa müddət ərzində azad edilmiş ərazilərdə bütöv şəhərlər bərpa olunub, yeni yaşayış kompleksləri və müasir infrastruktur obyektləri inşa edilib. Fürsətdən istifadə edərək vurğulamaq istəyirəm ki, Özbəkistan belə nəcib təşəbbüslərə layiqli töhfə verməyə hazırdır”, - Özbəkistan Prezidenti qeyd edib.
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT
Avtobus parkının yenilənməsi gediş haqqını bahalaşdıracaq?
Maşınla işə gedənlərin NƏZƏRİNƏ!
Bakıda sıxlıq olan yollar AÇIQLANIB
Problemli kreditlərin artmasının arxasında hansı səbəblər dayanır? – İqtisadçıdan AÇIQLAMA
Rusiya-Ukrayna müharibəsində Hindistanın rolu nə ola bilər? – POLİTOLOQ
Bank kartlarındakı pulları dələduzlardan necə qorumaq olar? – XƏBƏRDARLIQ
Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
Azərbaycanda avtomobil yollarının rəqəmsal xəritəsinin yenilənməsinə ehtiyac var? – ARAŞDIRMA
Skuter sürmək qadağan oluna bilər? – Ekspertdən XƏBƏRDARLIQ – VİDEO
Metro, avtobus və taksilərlə bağlı nə baş verəcək? – AÇIQLAMA












