İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA

Prezident İlham Əliyevin Türkmənistana səfəri Azərbaycanın regiondakı geosiyasi mövqeyinin güclənməsi və yeni əməkdaşlıq imkanlarının yaranması baxımından əhəmiyyət daşıyır. Orta Dəhliz və TRIPP layihələri isə bu əməkdaşlıqda mühüm rol oynayır.
Mövzu ilə bağlı deputat Zahid Oruc Avtosfer.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin qələbəmizdən sonra Mərkəzi Asiya ölkələrinə səfəri xüsusi bir yer tutur:

"Türk Dövlətləri Təşkilatının keçirilən zirvə görüşləri və ikitərəfli formatda olan görüşlər xüsusi bir səviyyəyə çatıbdır. Başlıca məqsəd Azərbaycanın qazandığı geosiyasi statusun və yeni gücün ifadə olunmasıdır və bu cəhətdən beynəlxalq məkanda ölkəmizin addımları güclü bir şəkildə izlənməkdədir.
Mərkəzi Asiya dövlətlərinin dördü məhz türk ölkəsidir. Belə olan şəraitdə Azərbaycanın bir neçə mexanizmlə həmin ölkələrlə əlaqələrini gücləndirmək imkanı var. O cümlədən, həmin məşvərət formatı regional bir format, təsisat kimi mühüm aləmdə də qəbul olunur.
Amerika Birləşmiş Ştatlarının əvvəlki illərdə həm Əfqanıstandan gələn təhlükələrə, həm də sonrakı dövrdə, mineral ehtiyatlarına görə çox ciddi və sıx əlaqələri yarandı. İstər Özbəkistan, istərsə də Qazaxıstan liderləri Ağ Evdə qəbul olundular və daha yeni müqavilələrin imzalanması ilə Mərkəzi Asiyanın üzərində Rusiya, Çin və İranın təsirləri fonunda həm Avropa Birliyi, həm də Amerikanın fəal şəkildə münasibətləri irəli çəkildi. Hesab edirəm ki, Azərbaycanın önəmi ikiqat artmış oldu. Çünki Rusiya-Ukrayna savaşı və İran ətrafında qlobal gərginlik fonunda alternativ təchizat zəncirləri, onun diversifikasiya olunması önəmli bir məsələ kimi dövlətlərin qarşısında bir çağırışa çevrilir. O cəhətdən Azərbaycan həmin Mərkəzi Asiya ölkələrinin Avropaya çıxışında önəmli bir xəttdir. Əvvəlki dövrdə Prezident İlham Əliyevin gündəmə gətirdiyi məsələyə ən vacib bir nöqtədən yanaşdıqda, 90-cı illərdə bölgənin potensialı natamam işləyirdi.
Çünki Ermənistan mühüm bir ərazidə o izolyasiyanın səbəbinə çevrilmişdi, həm də özü forpost idi və strateji layihələrin icrasına maneə törədilirdi. Amma Azərbaycan məhz Kürdistan muxtariyyəti üzərindən qərbə çıxış imkanlarını formalaşdırmışdı. İndiki gerçəklikdə isə artıq Orta Dəhliz layihəsinə Mərkəzi Asiya dövlətlərinin güclü marağı ifadə olunmaqdadır.
Qazaxıstan lideri Tokayevin TRIPP və Orta Dəhlizin inteqrasiyası ilə bağlı ekspertlər səviyyəsində müzakirələrə başlanması təklifi Azərbaycanın regionda strateji mövqeyini gücləndirə bilər. Azərbaycanla ABŞ və Mərkəzi Asiya dövlətləri arasında münasibətlərin inkişafı fonunda bu təşəbbüsün davamı olaraq, Orta Dəhliz və TRIPP-in inteqrasiyasına dair Bakı sammitinin keçirilməsi mümkündür.
Amerikanın TRIPP-in texniki əsaslandırılması və investisiyaların tapılması istiqamətində atdığı addımlar, eləcə də Strateji Xartiyanın imzalanması ilə bağlı danışıqlarda bu məsələnin ön planda olması mühüm əhəmiyyət daşıyır. ABŞ-nin 8 avqust 2025-ci ildə üçtərəfli razılaşma sənədlərinə qətiyyət göstərməsi və Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasında rol oynaması, həmçinin iqtisadi və nəqliyyat dayaqlarının formalaşdırılması gələcəkdə Mərkəzi Asiya dövlətlərinin də prosesə qoşulacağı təqdirdə Orta Dəhlizin daha geniş layihəyə çevrilməsi və sülh müqaviləsindən əvvəl mühüm zəmanətlərin yaranması üçün əsas verir.
Prezident İlham Əliyevin Cənubi Qafqaz və Mərkəzi Asiya arealını geosiyasi bir məkan kimi birləşdirməsi yeni qurulan təhlükəsizlik arxitekturasıdır. 90-cı illərin geosiyasi formatı məhv edildi. ATƏT-in Minsk qrupu öz aralarında Qafqazları təsir zonasına bölmək üçün atdığı addımlar məhvə düçar oldu. Üzərimizdə əllərini qoyan və azadlığımıza limitlər yaradan dairələrin də maraqlarına zərbə idi. Azərbaycan Partiyasının 8-ci qurultayında ölkə rəhbəri “Biz bu qələbəni, görün, hansı güclərə qarşı dirəniş göstərərək əldə etmişik” mesajı ilə xalqımıza bu geosiyasi proseslərin mahiyyətini çatdırmağa çalışırdı və millətimizə bu cəhətdən hər zaman dövlətin addımlarını, strateji planlarını müdafiə etmək mövqeyini çatdırırdı.
Mərkəzi Asiya səfəri, dövlət başçılarının qeyri-formal görüşü, Türkmənistan-Azərbaycan münasibətlərində əvvəlki gərginlik və anlaşılmazlıqların aradan qaldırılması, dostluq və qardaşlıq jesti olaraq gəmi hədiyyə edilməsi, eləcə də Türkmənistan qazının Qərbə çıxarılması imkanlarının genişlənməsi sübut edir ki, Prezident qələbədən sonra yeni geosiyasi arxitektura qurur. Keçmiş yüzilliklərdə regionun taleyini həmişə imperiyalar, indi də onların varisləri ələ almağa çalışırdı. İlk dəfədir ki, qələbəmizin nəticəsində həmin dairələr regionundakı proseslərə fəal müdaxilə edə bilmirlər.
Ölkə rəhbəri hər zaman söyləyirdi ki, bölgə niyə inkişafdan qalıb? Çünki həmin qüvvələrin internasional savaşı regiona zərbə vurub. İndiki şəraitdə bu səfər qarşıdakı dövr üçün həm Orta Dəhlizin, həm TRIPP-in regional kommunikasiyalarının inkişaf etdirilməsi imkanlarını meydana gətirir. Paşinyanın da bir gün öncə gəlməsi və bu tədbirlərə qatılması həmin o xəttin işləməsi imkanını daha da genişləndirmək məqsədini güdür.
Düşünürəm ki, Azərbaycanın iradəsi Mərkəzi Asiya dövlətləri tərəfindən güclü şəkildə qəbul olunur. Qələbəmizin siyasi coğrafiyası genişlənir, onun legitimliyi qəbul olunur.
Hesab edirəm ki, bizim müharibədə ən böyük məqsədlərindən biri də layihələrin gerçəkləşməsi, Naxçıvanı ana torpaqla, Azərbaycanla tam bütövləşdirir. Bu səfərlər Prezidentin o strateji məqsədlərinə xidmət eləmək mənasında mühüm önəm daşıyır və biz onun nəticələrini ən yaxın zamanda da görəcəyik".
Politoloq Zeynal Əmrəliyevin fikrincə isə, Azərbaycan Prezidentinin Türkmənistana səfəri qlobal əhəmiyyətli məsələlərin həlli baxımından olduqca vacibdir:

"İkitərəfli və çoxtərəfli görüşlərin keçirilməsi region ölkələrinin liderləri arasında bölgəmizdəki inkişafı baxımından xüsusi əhəmiyyət kəsb eləyən bir məsələdir.
Azərbaycanın həm Türkmənistanla, həm də digər ölkələrlə müxtəlif səviyyəli əməkdaşlıqları var. Bura həm enerji, həm də qeyri-enerji sektoru daxildir. Həmin ölkələrin bir çoxu Xəzərsahili ölkələrdir. Xəzərsahili ölkələrin inkişaf perspektivləri də danışıqlar zamanı geniş şəkildə müzakirə olunur.
Müstəqil Dövlətlər Birliyinin sammitində sammiti olduğuna görə MDB ölkələri arasında siyasi, iqtisadi əlaqələrin inkişafı burada əsas diqqətçəkən mövzular olub. Azərbaycan Prezidenti, İran Prezidenti və Rusiya Prezidenti arasında üçtərəfli bir görüş keçirildi. Bundan sonra Azərbaycan və İran prezidentləri arasında ikitərəfli bir görüş keçirildi. Bu da regionda logistik və iqtisadi əlaqələrin inkişafı baxımından əhəmiyyət kəsb eləyir.
Ənənəvi su yolu öz əhəmiyyətini itirib. Mərkəzi Asiyadan Avropaya mallar məhz bu yollar vasitəsilə daşınır və buna görə də Azərbaycanın, İranın və Rusiyanın strateji əhəmiyyəti olduqca artır. Bölgədə təhlükəsizlik arxitekturasının qorunmasında bu üç dövlət aparıcı rola malikdir.
Birgə səfər Azərbaycana və bütün regiona böyük fayda verəcək, ölkəmizin bölgə ölkələri ilə əlaqələrini daha da gücləndirəcək".
Züleyxa
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib












