İlisu yolunda təhlükə

Dəniz səviyəsindən 1400 metr yüksəklikdə yerləşən İlisu kəndinə gedən hər kəs bu yoldan keçmək məcburiyyətindədir. Ancaq yolun bir tərəfinin dağ, digər tərəfinin də çay yatağı olması gediş-gəlişdə çətinlik yaradır. Hündür qayalardan qopub gələn daşlar və gursulu Kürmük çayı burada hər an xoşagəlməz bir hadisənin baş verməsini qaçılmaz edir. Avtosfer.az region-tv-yə istinadən xəbər verir ki, Kürmük çayının qarşısını kəsmək üçün beton bəndin olmaması yolun yuyulmasına səbəb olur. Nəticədə yolun eni ilbəil daralır. Qax 16 saylı yol istismar idarəsindən isə bildirildi ki, dağdan qopub gələn daşların qarşısını almaq üçün bir müddət əvvəl hasar çəkilib. Ancaq bu da təhlükəni tam olaraq aradan qaldırmır. Ölkənin ən məşhur turizm bölgəsi olan İlisu kəndinə gedən yolun vəziyyətinin bu cür olması, təbii ki, buraya gələn qonaqların sayına da təsirsiz ötüşməyəcək.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












