İlk üzən körpü – FOTO

İtaliyada İzeo gölündə üzən ilk körpü sınaqdan çıxarılıb. Avtosfer.az xəbər verir ki, bu barədə publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu ideya və layihənin rəhbəri Kristo və Jan-Kloda məxsusdur. İyunun 18-dən iyulun 3-dək üzən körpü ilə səyahət etmək mümkün olacaq. Tarixdə ilk dəfə olaraq bu körpü sayəsində Sulzano sahili ilə Avropanın ən böyük adası bağlanmış olacaq. Bu hadisə 2016-ci ilin ən mühüm hadisələrindən biri kimi tarixə düşəcək.
Körpü 200 000 üzən polietilen kublardan düzəldilib və təxminən 100 000 kv m sarı parça istifadə edilib. Körpü müəyyən məsafələrə çatanda qırmızımtıl rəngə çevriləcək.
Rəssam həmişə geniş kütləni təəccübləndirən layihə yaratmaq arzusunda olub. Layihənin rəhbəri söz verib ki, bu yol 24 saat ərzində hamı üçün açıq olacaq, yalnız pis havalarda ondan istifadə qadağan ediləcək. Bu körpüdən istifadə etmək istəyənlərdən bilet və rezervasiya tələb olunmur. Üzən körpü hamıya məxsus olacaq.
Körpünün eni 16 metr, hündürlüyü 35 sm-dir. Tamaşaçılar səyahət zamanı gölün ətrafındakı dağların fantastik mənzərəsini seyr etmək imkanı qazanacaq.




İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












