İlqar Zülfüqarov küçəsi təmir olundu – VİDEO + FOTO

Xətai rayonu İlqar Zülfüqarov küçəsində texnoloji ardıcıllığa riayət olunmaqla təmir işləri aparılıb. “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətindən Avtosfer.az-a daxil olan məlumata görə, küçə yeni və müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
Küçənin uzunluğu 1 kilometr, eni isə 7 metrdir. Təmir-tikinti işləri çərçivəsində küçə boyu köhnə səki daşları sökülərək əvəzinə 2 min p/m yeni səki daşları düzülüb. Köhnə asflat-beton örtüyünün üst qatı qaşınaraq ərazidən daşınıb.
Daha sonra 2 qat olmaqla təqribən 7 min m2 sahəyə yeni asfalt-beton örtüyü döşənib.
Təmir-tikinti işləri çərçivəsində kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib. Bundan başqa mövcud piyada səkiləri də bərpa olunaraq, asfaltlanıb.
Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












