İmişlidə 6 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur – FOTO+VİDEO

İmişli rayonunun İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunda yenidənqurma işlərinə başlanılıb. Hazırda yol boyu torpaq işləri görülür. Bu, "Azəravtoyol" ASC-dən Avtosfer.az-a verilən məlumatda bildirilib. "Aparılan işlər zamanı zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır. Bunun əvəzinə xüsusi material tökülərək yenidən kipləşdirilir. Yol geyiminin əsasının tikintisi işləri qum-çınqıl və optimal qırmadaş qarışığından aparılır. Hazır olan hissələrə isə asfalt-beton örtüyü döşənir. Artıq yolun 8 km-lik hissəsinə asfalt-beton örtüyünün ilk qatı döşənib. Ümumilikdə, ikiqat olmaqla yolun 140 min kv.metr sahəsinin asfaltlanması nəzərdə tutulub", - deyə məlumatda qeyd edilib. Qeyd edək ki, uzunluğu 23 km, eni 10 metr olan yol IV texniki dərəcəyə uyğun inşa olunur. Tikinti işləri çərçivəsində yolun çiyinlərinin eni hər bir istiqamət üzrə 2 metr, yolun hərəkət hissəsinin eni isə 6 metr təşkil edəcək. "Asfaltlanma işləri bitdikdən sonra zəruri olan yerlərdə yol nişanları, məlumatverici lövhələr və təhlükəsizlik dirəkləri quraşdırılacaq, üfiqi xətlənmə çəkilişi aparılacaq. Eyni zamanda, yol boyu zəruri olan yerlərdə 30 ədəd suötürücü boru quraşdırılacaq", - deyə məlumatda əlavə edilib. Qeyd edək ki, İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun tikintisi 6 yaşayış məntəqəsinə gediş-gəlişini xeyli asanlaşdıracaq, təhlükəsiz və maneəsiz hərəkət təmin olunmaqla yük və sərnişin daşıması rahatlaşacaq.
Namiq
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT

















