İmişlidə yüklə dolu `Kamaz` oğurlanıb - VİDEO

İmişli rayonunda yüklə dolu "Kamaz" oğurlanıb. Avtosfer.az arbtv-yə istinadən xəbər verir ki, hadisə, gecə rayonun Daş bazarı adı ilə tanınan ərazisində qeydə alınıb. Sürücülər bazara gələn zaman daş yüklənmiş “Kamaz” markalı nəqliyyat vasitələrindən birinin oğrulandığını, digər avtomobillərə isə müdaxilə olunduğunu görüblər. Ümumi mənzərə göstərib ki, oğrular o biri avtomobilləri oğurlamağa macal tapmayıblar.
Aparılan yük maşınını axtarmağa başlayan sürücülər nəhayət ki, onu yol kənarında aşkarlayıblar. Lakin içərisindəki 900-ə yaxın mişar daşının oğurlandığının şahidi olublar. Hadisə barədə polisə məlumat verilib.
Hakim Cavadov - Sürücü: "Oğlum tezdən gəldi ki, daş bazarına gedirəm. Daha sonra səng edib dedi ki, ata maşın oğurlanıb. Mən özüm də gəlib gördüm ki, həqiqətən maşın yoxdur. Polisə zəng etdik. Kamerayla baxdıq amma başı bağlı idi deyə tanımadıq".
Hazırda polis tərəfindən faktla bağlı araşdırma aparılır.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












