"İncirlik" hərbi bazası ətrafında xüsusi əməliyyat keçirilib - FOTO

Türkiyənin Adana vilayətindəki "İncirlik" hərbi bazası ətrafında xüsusi əməliyyat keçirilib.
Avtosfer.az "haber7.com"a istinadən xəbər verir ki, vilayətin bütün polis heyəti yarım saat ərzində hazırlıq vəziyyətinə gətirilib.
Məlumata görə, avtomobillərlə əraziyə gətirilən yeddi minə yaxın silahlı asayiş keşikçisi hərbi bazanın giriş-çıxışını bağlayıb. Habelə digər ərazilərə nəzarəti gücləndirib.
Türkiyənin digər mətbu orqanları bunun ölkədə ikinci dəfə dövlət çevrilişinə cəhdlə bağlı ola biləcəyi ehtimalını irəli sürüb.
Lakin Türkiyənin Avropa İttifaqı məsələləri üzrə naziri Ömər Çelik bütün bunları təkzib edib. Nazirin sözlərinə görə, hərbi baza ətrafında baş verənlər "təhlükəsizliyinin standart yoxlanılması"ndan başqa bir şey deyil. "Hər şey qaydasındadır", - deyə Çelik hərbi bazanın girişi və çıxışının bağlanmasını şərh edərkən deyib.
Türkiyə mətbuatı Adanada polisin keçirdiyi əməliyyatın 2 saat yarım davam etdiyini vurğulayıb.
Xatırladaq ki, iyulun 15-dən 16-na keçən gecə Fətullah Gülənin tərəfdarları Türkiyədə hərbi yolla dövlət çevrilişinə cəhd edib.


Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI












