"İnşaatçılar" stansiyasının I vestibülü istifadəyə verilir - FOTO

Sabah səhər saat 6:00-dan metronun "İnşaatçılar" stansiyasının birinci vestibülü yenidən sərnişinləri qəbul etməyə başlayacaq. Avtosfer.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. Qurum rəsmisi bildirib ki, 1986-cı ildə istifadəyə verilmiş stansiyanın birinci vestibülü təmir-bərpa işlərinin aparılması, xüsusən də istismar müddətini başa vurmuş eskalatorların müasir analoqları ilə əvəzlənməsi məqsədilə 2017-ci il yanvar ayının 23-dən sərnişinlərin giriş-çıxışına bağlanmışdı: "Təmir müddətində stansiyanın 30 illik istismar müddətini baş vurmuş ET-5 tipli 3 eskalatoru Almaniyanın "Thyssen Krupp" şirkətinin "Tugela" tipli analoqları ilə əvəzlənib. Bu eskalatorlar daha qənaətcil, yığcam, lakin iş qabiliyyəti və funksionallığı daha təkmilləşdirilmiş, həm də müasir estetik görkəmi ilə seçilir. Ötən müddət ərzində eskalatorların maşın zalı, vestübülün kassa zalı tam yeniləşdirilib, mərmər-qranit örtüyü dəyişdirilib. Sərnişin keçid məntəqəsində yeni avtomat-nəzarət buraxılış köşkü və aparatları qoyulub. Əvvəlki kassa zalının qarşısında «BakıKart» kart yükləmə və satışı aparatlarının rahat və sərnişinlərə maneə törətmədən yerləşdirilməsi üçün xüsusi yer inşa olunub. Bundan savayı, həm girişdə eskalatorlara qədər, həm də eskalatorlardan çıxış qapısına qədər relyefli səthə malik tametdən yaradılmış zolaq tətbiq edilib və bu, görmə məhdudiyyətli sərnişinlərin özünün səmti asanlıqla müəyyənləşdirməsi üçün nəzərdə tutulub". N.Paşayev deyib ki, təmir dövründə vestibülün bütün elektrik təchizatı, yanğın təhlükəsizliyi və elektromexaniki qurğuları yeniləşdirilərək müasir tələblər səviyyəsinə çatdırılıb.
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
















