İnsan resurslarının idarə edilməsi müzakirə olunur

Dekabrın 8-də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin baş sponsorluğu ilə insan resurslarının idarə edilməsinə həsr edilən “İnsan Resursları Sammiti - Bakı 2017” adlı tədbir keçirilir. 300 nəfərin iştirakı ilə keçiriləcək bu sammitdə 5 müxtəlif ölkəni təmsil edən 9 peşəkar spiker - insan resursları idarəçiliyinin son nailiyyətləri və beynəlxalq təcrübə haqqında müzakirə edəcək. Sammitin əsas mövzusu “Marka dəyərinin yaradılmasında insan resursları idarəçiliyinin rolu”dur.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun tədbirdə giriş nitqi ilə çıxış edib. O, bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 29 noyabr 2011-ci ildə imzalanan sərəncamla qüvvəyə minmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında kadr hazırlığı məsələlərinə ciddi əhəmiyyət verilməkdədir. Ümumiyyətlə təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin əsas tərkib hissələrindən biri də məhz insan kapitalının inkişafı, gənc kadrların hazırlanması, intellektual sərmayənin tərəqqisidir. Biz də, “Azərbaycan Dəmir Yolları” olaraq bu siyasətin, bu konsepsiyanın tələblərinin icrasından irəli gələrək insan resurslarının və onun idarəedilməsinin inkişafına öz tövhəmizi vermək niyyətindəyik. Bu baxımdan Dövlət, xalq və onun gələcək müqəddəratı qarşısındakı ictimai məsuliyyətimizi bilərək belə bir tədbirin ərsəyə gəlməsi üçün öz dəstəyimizi əsirgəməmişik. Çünkü insan resursları idarəçiliyinin funksional, iqtisadi və fərdi olduğu kimi, ictimai məqsədləri də vardır. Çünkü bu sahə, həm də milli kadrların inkişafına, hazırlanmasına imkan yaradır.
Tədbirin əsas dinləyici hədəfi insan resurslarının idarə edilməsi sahəsi üzrə peşəkarlar və insan resursları idarəçiliyi funksiyalarının tətbiqilə təmasda olan, həmçinin bu sahə üzrə qərar verən rəhbər şəxslərdir. Sammitin spikerləri yerli və xarici olmaqla yüksək imicə və statusa malik qurumların, əsasən, insan resursları strukturları üzrə rəhbərləri, həmçinin insan resursları sahəsini kurasiya edən yüksək vəzifəli şəxslər, habelə qurum rəhbərləridir.
Emin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI













