İntensiv yağış fəsadlar yaradıb - Lənkəranda

Ötən gecədən başlayan intensiv yağış Lənkəranda subasmalara səbəb olub. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, şəhərin ayrı-ayrı məhəllələrində, Səttərxan küçəsi boyunca su kollektorunda suyun səviyyəsinin qalxması ilə nisbətən çökəkdə yerləşən həyətlərə su dolub.
Akademik Zərifə Əliyeva küçəsinin də bir neçə metrlik hissəsində yolun hərəkət hissəsində nəqliyyatın hərəkəti üçün maneə yaranıb. Bir neçə həyəti su basıb.
Lənkəran çayında da suyun səviyyəsi xeyli artaraq, ətraf yaşayış evləri üçün narahatlıq yaradıb. Şiləvar kəndində ilkin məlumata görə, 50 -dən artıq təsərrüfata ziyan dəyib. Kosalar kəndində də yeni salınan yaşayış massivindəki evlər su altında qalıb. Girdəni çayı üzərindəki körpüdə qismən qəza vəziyyəti yaranıb.
Hazırda Lənkəran Yol-İstismar İdarəsinin canlı qüvvəsi və texnikalarının köməyi ilə iş aparılır. Şəhər ərazisində su basan ərazilərdən suyun kənarlaşdırılması üçün generatorlardan istifadə olunur.
Lənkəran Regional Hidrometrologiya müəssisəsinin direktoru Cavid Hüseynov yağıntının oktyabrın 14-dək davam edəcəyi, dağlıq ərazilərdə sula qara keçə biləcəyi, bəzi yerlərdə leysan xarakterli olacağını bildirib. O, çaylarda suyun səviyyəsinin 70 sm artdığını, kiçik çaylarda qısa müddətli daşqın və sel ehtimal edildiyini söyləyib.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












