İntensiz yağışlar Bakıda problemlər yaradıb - VİDEOREPORTAJ

Ötən axşamdan yağan intensiz yağışlar Bakıda bir sıra fəsadların yaranmasına səbəb olub. Belə ki, yağış suları bəzi yerlərdə gölməçələr yaradıb, ictimai nəqliyyatın hərəkətində fasilələr və yollarda tıxaclar yaranıb. Bundan başqa, bəzi yerlərdə işıqforlar işləməyib. Bu da yollarda qəza vəziyyətlərinin yaranmasına səbəb olub. Qeyd edək ki, sentyabr ayının 26-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti əhaliyə hava şəraitinin ayın sonunadəq qeyri-sabit keçəcəyi ilə ağlı xəbərdarlıq etmişdi. Bildirilmişdi ki, sentyabrın 27-dən ayın sonunadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu 5-8° aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
Avtosfer.az "Report"a istinadən yağışın yaratdığı fəsadlarla bağlı videoreportajı təqdim edir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












