“İpək yolu” üzrə yükdaşımaların qiymətini ucuzlaşdırmaq istəyir - Ukrayna

Ukraynanın İnfrastruktur Nazirliyi “İpəlk yolu” marşrutu üzrə Çin-Ukrayna-Avropa İttifaqı marşrutu üzrə yükdaşımaların qiymətini ucuzlaşdırılması üzrə tədbirlər görür.
Avtosfer.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə nazirliyin məlumatında deyilir.
“İnfrastruktur Nazirliyi Çin şirkətinin Qara dəniz limanından “İpək yolu” iştirakçıları olan Gürcüstan, Azərbaycan və Qazaxıstan ərazisindən yük daşımalarda iştirakının mühümlüyünü qeyd edib.
“Böyük İpək yolu iqtisadi zolağının” yaradılması təşəbbüsünün birgə həyata keçirilməsi çərçivəsində Ukrayna Çin-Ukrayna-Avropa İttifaqı marşrutu üzrə yükdaşımaların qiymətini ucuzlaşdırılması üzrə tədbirlər görür”, - nazirliyin məlumatında deyilir.
Məlumata görə, bu barədə Ukrayna və Çin heyətlərinin danışıqlarından və iki ölkə arasında iqtisadi-ticarət əməkdaşlığına dair protokolun imzalanmasından sonra razılığa gəliblər.
Bundan başqa bu sənəd çərçivəsində tərəflər Ukraynada infrastruktur layihələrində dövlət-özəl mexanizmlərini tətbiq etməyə dair razılığa gəliblər. Çin tərəfi “İpək yolu” Fondunu belə layihələrin maliyyələşdirməsi üçün istifadə etməyi təklif edib.
Rusiyanın Ukraynadan gələn malların daşınmasına dair tələbləri sərtləşdirməsi ilə əlaqədar Kiyev Asiya ölkələrinə yüklərin çatdırılması üçün alternativ marşrutlar axtarmaq qərarına gəlib.
“İpək yolu” işlənib, burada Rusiyadan yan keçərək əsasən Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu üzrə yüklərin daşınması nəzərdə tutulur. Amma yüksək tariflər üzündən bu marşrut hələlik tələb edilənlər sırasında deyil.
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI












