İqbal Ağazadənin hesabı oğurlandı, Ləman Ələşrəfqızı 600 manatından oldu - FOTO

Tanınmış jurnalist Ləman Ələşrəfqızı kiberdələduzluğun qurbanı olub.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə jurnalist özü məlumat paylaşıb.
O bildirib ki, naməlum şəxs Ümid Partiyasının sədri İqbal Ağazadənin adından açılmış saxta teleqram hesabı vasitəsilə ondan pul istəyib:
“Həmin şəxs İqbal Ağazadənin adı ilə “Ləman xanım, xəstəxanadayam, kartımda pul yoxdur. Sizdə 300 manat varsa atın, 2-3 saata göndərəcəm” yazdı. Mən də heç nə soruşmadan “baş üstə, İqbal bəy” dedim. Ardınca daha 420 manat istədi, kartımda olan 300 manatı da göndərdim. Toplam 600 AZN köçürəndən sonra həmin şəxs teleqram vasitəsilə qısa zəng etdi və daha 340 manat istədi. Yalnız onda şübhələndim. Zəng etdim, qaldırmadı. İqbal bəyin öz nömrəsinə yığanda məlum oldu ki, onun hesabı oğurlanıb və bu barədə feysbukda məlumat paylaşıb”.

Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI












