İqlim normasından yüksək hava temperaturu müşahidə edilir - Azərbaycanda

Hazırda Azərbaycan ərazisində müşahidə edilən hava temperaturu iqlim normasından bir qədər yüksəkdir. Avtosfer.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev apa-ya açıqlamasında bildirib ki, dünən Bakı və Abşeron yarımadasında iqlim normasından yüksək temperatur qeydə alınıb. Belə ki, iyunun 23-də paytaxtda havanın temperaturu iqlim normasından 2-3 dərəcə yüksək olub. Ötən günlərdə müşahidə edilən iqlim normasından yüksək temperatur bu gün də davam etməkdədir.
Temperatur iqlim normasından yüksək olsa da, hələlik anomal istilər müşahidə olunmayıb. Əvvəlki illər iyun ayından bundan da isti temperatur qeydə alınıb. İyun ayında ən yüksək temperatur 1996-cı ildə 40 dərəcə olub. Hazırda müşahidə olunan temperatur yüksək göstəricidən aşağıdır. Bakı və Abşeron yarımadasında müşahidə olunan havanın orta temperaturu 33-35 dərəcədir.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












