İqlimşünas: “Azərbaycan ərazisinə cənub şərq istiqamətindən hava kütlələri daxil olub”

“Bu gün səhərə yaxın Azərbaycan ərazisinə cənub şərq istiqamətindən hava kütlələri gəlib. Hazırda paytaxt ərazisində durğun küləksiz hava şəraiti müşahidə olunur”. Avtosfer.az bu barədə “Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, iqlimşünas Məhərrəm Həsənov deyib. İqlimşünas bildirib ki, hazırda havanın temperaturu ötən günlərə nisbətən 2-3 dərəcə yüksəlib: “Mövcud hava şəraiti iki gün davam edə bilər”.
Onun sözlərinə görə, ötən bir neçə gündə Azərbaycanda şimal-qərb, şimal istiqamətli hava kütlələri hökm sürüb: “Bu səbəbdən də hava rütubətli, yağıntılı keçdi, temperatur da bir qədər normadan aşağı düşmüşdü. Hazırda isə hava kütlələri cənub şərq, bir qədər də yerli hava kütlələrinə tranformasiya olunub”.
Mütəxəssis qeyd edib ki, noyabr ayı Azərbaycanda adətən çox dəyişkən hava şəraiti ilə müşahidə olunur: “Ölkə ərazisinə yenidən soyuq hava kütlələrinin qayıtma ehtimalı var. Bu səbəbdən də biz deyə bilmərik ki, mövcud hava şəraiti bir neçə gün davam edəcək”.
M.Həsənovun sözlərinə görə, hazırda müşahidə olunan hava şəraiti davam etsə kənd təsərrüfatına müsbət təsir edəcək: “Çünki hazırda tarlalarımızda xeyli pambıq var. Yağmurlu hava müşahidə olunanda pambığın toplanması çətin olur. Belə hava şəraitinin heç bir mənfi təsiri yoxdur. Yağıntılı hava şəraitinin isə həm müsbət, həm də mənfi təsiri var. Mənfi təsiri pambıqçılıq və meyvəçiliyin toplanmasını çətinləşdiririr. Müsbət təsirinə gəlincə isə torpaqda məhsuldar rütubət miqdarını artırır, bu da gələcək məhsuldarlığın yüksək olması üçün indidən zəmin yaradır. Məsələn yağıntılı hava taxılçılığa çox müsbət təsir edir”.
Rusiya-Ukrayna müharibəsində cəbhələr niyə dəyişib? - AÇIQLAMA
Yumurtanın 1 qəpiyə satılmasının arxasında hansı strategiya dayanır? - İQTİSADÇI
Azərbaycanda elektrikli nəqliyyatın dönüşü; bir əsrlik tarix yenidən canlanır – EKSPERT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Bu ərazidə yaşayanların DİQQƏTİNƏ! - İki marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Bakıda avtobus sürücülərinin özbaşınalığı CAN ALIR
Ramanada qadını vurub öldürən avtobus sürücüsünün kimliyi BİLİNDİ - VİDEO
Qatarlarda hələ də havalandırma işləmir? – Metropolitendən AÇIQLAMA
Məhəmməd Hadi küçəsində təhlükəli mənzərə: 3 aydır tədbir görülmür - VİDEO
Müəllimlərin ailə üzvləri ilə sanatoriyaya getməsi üçün əlavə ödəniş tələb olunur? – Rəsmi AÇIQLAMA
Bakının mərkəzində istiqamət lövhəsi səhv göstərir? – Memardan İDDİA – FOTO










