İqlimşünas: “Azərbaycanda hava şəraiti normadan artıq isti keçəcək”

"İyunun 7-dən 8-nə keçən gecədən etibarən Azərbaycan ərazisinə mülayim hava kütlələri daxil olub. Bu hava kütlələri özü ilə böyük rütubət gətirib. Ona görə də Azərbaycanın əksər ərazilərində yağıntılar müşahidə olunur". Avtosfer.az xəbər verir ki, bu barədə "Report"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, iqlimşünas Məhərrəm Həsənov deyib. O bildirib ki, bu il iyun ayının birinci ongünlüyündə yağan yağışlar gündəlik normadan artıqdır: "Son günlərdə əksər rayonlarda, xüsusilə də dağətəyi, orta dağlıq rayonlarda gündəlik normadan artıq yağıntı düşdü. Bu da belə dövr üçün səciyyəvi olmayan bir cəhətdir. Belə hava şəraiti may ayının axırları üçün səciyyəvidir. Bu il isə həm may ayının axırı, həm də iyun ayının əvvəli hava şəraiti rütubətli keçdi. Belə olanda isə bir sıra fəsadlar ortaya çıxır".
Mütəxəssis xatırladıb ki, havalar soyumazdan əvvəl Aran rayonlarında 31-32 dərəcə isti müşahidə olunub: "Havaların soyuması ilə isti və soyuq hava kütlələri qarşılaşdı, bunun nəticəsində isə ölkə ərazisində həm dolu hadisələri, həm də leysan xarakterli yağışlar müşahidə olundu. Dolunun yağmağı iyun ayı üçün normaldır, amma bu intensivlikdə yağış normal deyil. İndi bəzi meyvələrin yetişmə dövrüdür, taxıl bitkilərinin sünbülləmə dövrüdür. Sözsüz ki, yağıntılar, xüsusən dolu kənd təsərrüfatına ziyan vurur, həm taxılların yatmasına səbəb olur.Belə olan halda məhsuldarlıq 40% aşağı düşəcək. Şaftalı, ərik və bəzi meyvələr hazırda yetişmə ərəfəsindədir. Yağış, dolu meyvələrin vaxtından əvvəl tökülməsinə, zədələnməsinə səbəb olur".
M.Həsənovun sözlərinə görə, iyun ayının ortalarında Azərbaycan ərazisində temperatur gözlənilən normadan bir qədər artıq ola bilər: "Havanın gedişi bunu göstərir ki, növbəti 10 gündə Azərbaycanda hava şəraiti bir qədər isti keçəcək. İyun ayının axırlarında isə havanın bir qədər sərin keçməsi gözlənilir".
Bakının bəzi yollarında məhdudiyyət olacaq - Sürücülərin nəzərinə
Paytaxtın 17 küçəsində sıxlıq müşahidə olunur - SİYAHI
Bakı metrosunda narahatedici PROBLEM - Stansiyaya su sızır? - AÇIQLAMA - FOTOLAR
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ - Dalğanın hündürlüyü 4.5 metrə ...
Küləkli hava nə vaxtadək davam edəcək?
Qoyunları “zebra”nın önünə bağlayıb kəsilən inəklərin başını səkiyə düzüblər - FOTO
Bu küçədə hərəkət birtərəfli olacaq - Maşınlar bir-birinə maneə yaradır
Bu gün biz Şərq-Qərb nəqliyyat dəhlizinə geniş sərmayə yatırırıq - Azərbaycan Prezidenti
Bu yolda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
Baş nazirdən benzin və dizel yanacağı ilə bağlı QƏRAR
Paytaxtın bu küçələrində sıxlıq müşahidə olunur - SİYAHI - FOTOLAR








