İqlimşünas: “Azərbaycanda soyuq hava şəraiti maksimum 2-3 gün davam edəcək”

“Hazırda Azərbaycan ərazisində cənub-qərb və cənub-şərq istiqamətdən daxil olan hava kütlələrinin yaratdığı hava şəraiti müşahidə olunur. Havanın temperaturu normadan istidir”.
Avtosfer.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, iqlimşünas Məhərrəm Həsənov deyib.
İqlimşünas bildirib ki, hava şəraiti normadan isti olanda alçaq təzyiq sahəsi əmələ gəlir: “Belə halda soyuq hava kütlələrinin ölkə ərazisinə gəlmə ehtimalı çoxalır”.
Mütəxəssis qeyd edib ki, sabahdan etibarən Azərbaycan ərazisinə şimal, şimal-şərq və şimal-qərb hava kütlələrinin gəlməsi gözlənilir: “Bu hava kütlələri əraziyə daxil olanda temperatur bir qədər aşağı düşür. Yəni növbəti iki gün ərzində ölkədə güclü küləyin müşahidə olunması gözlənilir. Bu, dekabr ayı üçün gözlənilməz hal deyil”.
M.Həsənovun sözlərinə görə, ölkə ərazisində soyuq hava şəraiti maksimum 2-3 gün davam edə bilər: “Bir neçə gündən sonra havanın temperaturu yenidən mülayimləşəcək. Artıq Azərbaycanda cənub qərb küləyi yerini şimal şərq küləyinə verir. Bu gündən etibarən güclənən şimal-şərq küləyinin, dekabr ayının 16-da sürətinin azalacağı gözlənilir”.
O qeyd edib ki, qışda soyuq hava kütlələinin müşahidə olunması torpaqda olan zərərverici həşəratların müəyyən qədərinin məhv olmasına gətirib çıxarır.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












