İqlimşünas: “Yaxın günlərdə havanın temperaturu yüksələcək”

“Son bir neçə gündə Azərbaycanda havanın temperaturunun normadan aşağı düşməsi müvəqqəti haldır. Yaxın günlərdə hava şəraiti yay fəslinə uyğun sabitləşəcək”.
Avtosfer.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, iqlimşünas Məhərrəm Həsənov deyib.
İqlimşünas bildirib ki, yay fəslinin ortasında havanın temperaturunun aşağı düşməsi, yağıntıların olması xarakterik hal deyil: “Havanın qeyri-sabit keçməsinin səbəb odur ki, cənubda, Aralıq dənizi üzərində formalaşan hava kütlələri ilə Atlantik okean üzərində formalaşan hava kütlələri srağagündən bütün Cənubi Qafqazda hakimlik edir. Bunun nəticəsidir ki, havanın temperaturu yay üçün xarakterik olmayan bir hala düşüb. Adətən belə hava şəraiti üç, maksimum dörd gün çəkir. Sonra isə hakim olan hava kütlələri öz yerini cənub hava kütlələrinə, tropik siklonlara verəcək və yenə havanın temperaturu yüksələcək”.
Mütəxəssisin sözlərinə görə, avqust ayının 15-20-ə qədər havanın temperaturunun yüksək olması gözlənilir: “Havanın temperaturunun çox yüksəlməsi gözlənilmir, belə şəraitdən sonra havanın temperaturu ayrı-ayrı günlərdə günorta saatlarında, günün isti dövründə maksimum 37-38 dərəcəyədək qalxa bilər”.
M.Həsənov qeyd edib ki, avqust ayının axırıncı ongünlüyündə hazırda müşahidə olunan hava şəraitinin yenidən yaranması ehtimalı var.
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI












