İqtisadiyyat naziri "Formula-1"dən danışdı

"Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. 2015-ci ildə keçirilən I Avropa Oyunlarından sonra Azərbaycanda "Formula-1" yarışlarının təşkili ölkəmizin siyasi və iqtisadi sabitliyinin, beynəlxalq nüfuzunun, böyük tədbir və yarışların keçirilməsi ilə bağlı təcrübəsinin nəticəsidir". "APA-Economics" xəbər verir ki, bunu "The Business Year" jurnalına müsahibəsində Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib. Nazirin sözlərinə görə, Azərbaycanda "Formula-1" yarışlarının keçirilməsi idmanın inkişafına mühüm təsir göstərəcək, iqtisadiyyata öz töhfəsini verəcək: "Bundan başqa, ölkənin pozitiv imici ölkəyə uzunmüddətli investisiyaların cəlb olunmasına şərait yaradacaq. Yarışda iştirak edən idmançılar və yarışı seyr edən qonaqların ölkə ilə tanış olmasına imkan yaranacaq, onlar Azərbaycanın uğurlu inkişaf modelini görə biləcəklər".
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI












