İran Azərbaycan istiqamətində aviareyslərə yeni təyyarələr cəlb edəcək

İran bu yaxınlarda aldığı İtaliya-Fransa istehsalı olan yeni "ATR" təyyarələrini Bakıya yerinə yetirilən aviauçuşlarda da istifadə edə bilər. Avtosfer.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, bunu "İran Air" aviaşirkətinin icraçı direktoru Fərhad Pərvareş bildirib. "ATR" şirkətindən aldığımız yeni təyyarələr İrana bir neçə ay ərzində çatacaq. Yeni təyyarələrin idarə edilməsini öyrənmək üçün pilotlarımız Fransada təlimlərdə iştirak edirlər. Bu təyyarələr İranın əyalət paytaxtlarına, ölkənin Fars körfəzindəki adalarına, habelə Azərbaycanın paytaxtı Bakı və Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə uçuşların həyata keçirilməsində istifadə edilə bilər", - deyə F.Pərvareş əlavə edib. Qeyd edək ki, "İran Air" aprel ayında 20 ədəd orta ölçülü turbovintli mühərrikə malik təyyarələrin alınması üçün "ATR" ilə müqaviə imzalayıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












