İran “Boinq”dən 60 təyyarə alacaq

İranın “Aseman” aviasiya şirkəti ilə “Boinq” şirkəti arasında 60 ədəd təyyarənin alınmasına dair anlaşma memorandumu imzalanıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, bu gün imzalanmış memoranduma əsasən, “Aseman” şirkəti alacağı 30 təyyarənin pulunun 5 faizini nağd , 95 faizini maliyyə prosesi ilə ödəyəcək. “Boinq” şirkəti ilə “Aseman” şirkəti arasında imzalanmış anlaşma memorandumda qeyd olunub ki, İran şirkəti 3 milyard dollar dəyərində 30 ədəd “Boinq 737 max” tipli təyyarə alır və daha 30 təyyarənin alınması hüququ əldə edir. “Aseman” aviasiya şirkətinin baş direktoru Hüseyn Əlayi imzalanma mərasimindən sonra deyib ki, ilk təyyarə 2020-ci ildə təhvil veriləcək. Onun sözlərinə görə, 2020-2024-cü illərdə bütün təyyarələr İrana satılacaq.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












