İran-Ermənistan yolunun tikinitisini başa çatdırmaq mümkün olmayacaq

Maliyyə problemlərinə görə İran-Ermənistan avtomobil yolunun tikintisini başa çatdırmaq mümkün olmayacaq. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, beynəlxalq təşkilatlar bu layihəyə pul ayırmırlar. Qəzetin yazdığına görə, Ermənistan hökuməti avtomobil yolunun tikintisini başa çatdırmaq üçün sərmayəçi axtarır. Ermənistanın nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Vaqan Martirosyan “Jamanak”a müsahibəsində bildirib ki, Artaşat-Mehri avtomobil yolunun tikintisi üçün 1,5 milyard dollar maliyyə vəsaitinə ehtiyac var. İran-Ermənistan avtomobil yolunu ermənilər “Şimal-Cənub” layihəsi adlandırır. Bu layihə 2014-cü il avqustun 7-də Ermənistan hökuməti tərəfindən təsdiqlənsə də, demək olar ki, daş-daş üstünə qoyulmayıb. İlkin hesablamalara əsasən, layihənin dəyəri 3,5 milyard dollardır.
Ancaq beynəlxalq maliyyə qurumları layihənin səmərəsizliyini nəzərə alaraq, ona sərmayə yatırmağı riskli sayırlar. Çünki bu xəttdən iki dövlətdən başqa kiminsə istifadə etməsi mümkünsüzdür.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












