İran Qəzvin-Rəşt dəmir yolunun işə düşəcəyi tarixi açıqladı

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Qəzvin-Rəşt dəmir yolu gələn ay açılacaq. Trend-in məlumatına görə, bunu “İran Dəmir Yolları” şirkəti rəhbərinin tikinti və inkişaf üzrə müavini Cabarəli Zəkəri deyib. C.Zəkəri qeyd edib ki, bu sahədə relslərin qoyulması martın 20-dək başa çatacaq: “Artıq dəmir yolunun 165 kilometrlik hissəsi tikilib, qalan 12 kilometr həmin tarixədək hazır olacaq”. Qeyd edək ki, “Qəzvin – Rəşt – Astara (İran) – Astara (Azərbaycan)” dəmir yolu Şimali Avropa ilə Şənub Şərqi Asiyanı, o cümlədən Azərbaycan, İran və Rusiyanın dəmir yollarının birləşdirəcək “Şimal-Cənub” nəqliyyat dəhlizinin tərkib hissəsidir. Birinci mərhələdə bu dəhlizlə ildə 6 milyon ton, daha sonra ildə 15-20 milyon ton yük göndərilməsi nəzərdə tutulur.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












