İran Şimal-Cənub marşrutuna marağı artırmaq üçün tarifləri azaldıb

İran Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Hindistandan Rusiyaya olan bu marşrutun cəlbediciliyini artırmaq üçün daşınan yüklərin tariflərində 50% endirim edib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə "İran Dəmir Yolları" şirkətinin beynəlxalq əlaqələr üzrə baş direktoru Abbas Nazari bildirib.
"Məlumdur ki, Şimal-Cənub nəqliyyat dəhlizi İran, Hindistan və Rusiyanın razılığı ilə 17 il əvvəl təşkil olunub. Hazırda yüklər Avropaya Süveyş kanalı vasitəsilə daşınır. Yəməndə davam edən problemlə əlaqədar yükdaşımaların zəmanəti üçün çəkilən xərclər dəmir yollarında artıb", - deyə o, bildirib.
Onun sözlərinə görə, Azərbaycanın Astara ərazisində dəmiryolu daşımaları üçün körpü tikilib və yaxın vaxtlarda İran ərazisində marşrut işə başlayacaq.
A.Nazari qeyd edib ki, uzunluğu 163 km olan Qəzvin-Rəşt dəmiryolu marşrutunun hazırlığı 96% təşkil edir, qalan hissəsi isə növbəti 3 ay ərzində hazır olacaq. A.Nazari deyib ki, Astara-Rəşt dəmir yolunun tikintisinə daha 1 mlrd. dollar tələb olunur: "Azərbaycan və Rusiyanın dəmiryolu rəhbərləri ilə bir neçə görüş keçirilib. Nəticədə, Bombeydən Moskvayadək olan qarışıq daşınmalar tipli dəhlizin idarə edilməsi üçün bir sıra sənədlər və memorandumlar imzalanıb".
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












