“İran-Türkmənistan-Qazaxıstan dəmir yolu xətti ciddi geosiyasi amildir”

Türkmənistanın Azərbaycandakı səfirliyində "Türkmənistan-əzəmət və xoşbəxtlik dövründə Böyük İpək yolunun ürəyi" mövzusunda mətbuat konfransı keçirilib. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, Türkmənistanın Azərbaycandakı səfirinin birinci katibi Batır Rəcəbov bildirib ki, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun sərəncamına əsasən hazırda ölkədə beynəlxalq əhəmiyyət kəsb edən nəqliyyat layihələri həyata keçirilir. O qeyd edib ki, onlardan biri İran-Türkmənistan-Qazaxıstan beynəlxalq dəmir yolu layihəsidir. Layihənin əhəmiyyətini vurğulayan diplomat deyib ki, bu layihə Avrasiya məkanında nəqliyyat axınının optimallaşdırılmasına kömək edir.
B. Rəcəbov bildirib ki, layihə eyni zamanda cənub və şərq istiqamətində nəqliyyat infrastrukturuna qoşulmaq üçün perspektivlər açır.
“Bu dəmir yolu xətti iqtisadi cəhətdən əsaslandırılmış layihə olmaqla yanaşı, regionda və hüdudlarından kənarda müsbət təsir edəcək ciddi geosiyasi amildir. Layihə Asiyada sabitlik və təhlükəsizliyin ciddi faktoru ola bilər”, - deyə o əlavə edib. B.Rəcəbov sonda vurğulayıb ki, bütün bunlar iqtisadi və siyasi baxımdan beynəlxalq əməkdaşlıq üçün yaxşı əsas yaradır.
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA










