İrana təyyarə ilə pul göndərilməsi məsələsinə aydınlıq gətirib - ABŞ

Ağ Ev daha əvvəl "Wall Street Journal" qəzetinin yazdığı, nağd şəkildə 400 milyon dollar məbləğində pulun İrana təyyarə ilə göndərilməsinə ayıdnlıq gətirib.
Avtosfer.az xəbər verir ki, bu barədə "report" dw-yə istinadən xəbər verir ki, ABŞ administrasiyasının nümayəndəsi Coş Ernest bu məbləğin Haaqa məhkəməsinin qərarına əsasən nəzərdə tutulmuş ödəniş olduğunu bildirib.
C.Ernestin sözlərinə görə, 2016-cı ilin yanvar ayında müxtəlif valyutalarda olan məbləğin təyyarə ilə ABŞ-dan çıxarılması İranla bank əlaqəsinin olmaması ilə bağlı idi. Eyni zamanda, məmur vurğulayıb ki, 400 milyon dollar heç bir halda girovların azad edilməsi üçün ödəniş kimi qəbul edilməməlidir.
Qeyd edək ki, Vaşinqtondan külli miqdarda vəsait çıxarılmasıyla İranın həbsdə olan 4 ABŞ vətəndaşını azadlığa buraxması üst-üstə düşüb.
O da vurğulanmalıdır ki, İslam inqilabından əvvəl - 1979-cu ildə Vaşinqton əhəmiyyətli miqdarda silah tədarükü ilə bağlı Tehranla müqavilə bağlayıb. Bu məqsədlə İrandan ABŞ-a 1,7 milyard dollar vəsait gedib. Lakin heç vaxt silah təchizatı baş verməyib. "Reuters" agentliyi qeyd edib ki, 400 milyon dollar dəyərində ödənişin məhz köhnə mübahisənin həlli yolunda bir addım olduğu istisna deyil.
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI












