“İranAir” ilə ATR arasında təyyarələrin alınmasına dair müqavilə imzalanıb
Gündəm
13 Aprel 2017 14:36

Gələn ay ilk 4 təyyarə artıq İranın ixtiyarında olacaq
Tehranda “İranAir” aviaşirkəti ilə ATR (Fransa-İtaliya) şirkəti arasında 20 təyyarənin alınmasına dair müqavilə imzalanıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, alınacaq təyyarələr 70 nəfərlikdir. 1500-1600 kilometr məsafəyə uçan təyyarələr 2018-ci ilin sonunadək İrana təhvil veriləcək. Müqavilədə qeyd olunub ki, tərəflər razı olsa, əlavə 20 təyyarə sifariş edilə bilər. Gələn ay ilk 4 təyyarə artıq İranın ixtiyarında olacaq. Tərəflər həmçinin İranda ATR təyyarələrinin texniki avadanlığı və proqram təminatının istehsalı ilə bağlı razılıq əldə edib. Qeyd edək ki, İranla təyyarə istehsalçıları arasında imzalanmış müqavilələrə əsasən “İranAir” aviaşirkətinə 200 təyyarə (100 ədəd “Airbus”, 80 ədəd “Boeing” və 20 ATR) satılacaq.
Oxunub : 1269
DİGƏR XƏBƏRLƏR
14 Oktyabr 2026 22:08
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
14 Oktyabr 2026 21:52
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
14 Oktyabr 2026 21:21
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
14 Oktyabr 2026 18:30
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
14 Oktyabr 2026 18:00
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
14 Oktyabr 2026 17:25
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
14 Oktyabr 2026 17:00
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
14 Oktyabr 2026 16:41
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
14 Oktyabr 2026 12:00
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
14 Oktyabr 2026 08:45
Bu yollarda tıxac var - SİYAHI
13 Oktyabr 2026 20:35
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
13 Oktyabr 2026 20:30
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
ŞƏRH YAZ












