İranda qəzaya uğrayan Türkiyə təyyarəsinin “qara qutusu” tapılıb

İranda qəzaya uğrayan Türkiyəyə məxsus təyyarənin “qara qutusu” tapılıb. “Report” “Haber7”yə istinadən xəbər verir ki, hadisə yerinə iki ölkənin mütəxəssisləri cəlb olunub. Bilidirilib ki, “qara qutu” İranın Kiyar rayonunun Helen dağı ərazisində tapılıb. Bundan başqa, ölənlərin hamısının meyiti tapılıb və kimə məxsus olduğu təsdiqlənib. Qeyd edək ki, Türkiyəyə məxsus şəxsi təyyarə martın 11-də İranın cənubunda qəzaya uğrayıb. Təyyarə "Başaran Holdinq"in rəhbəri Hüseyn Başarana məxsus olub. BƏƏ-nin Şarja şəhərindən İstanbula qayıdan təyyarədə 2 qadın pilot, 1 stüardessa və 8 sərnişin olub. Təyyarədə ölənlərdən biri iş adamının qızı Mine Başaran, 7-si isə onun rəfiqəsidir. Onlar toydan qabaq Dubaydan subaylığa vida gecəsindən qayıdırlarmış.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












